Əlində fişəng partladı: qolsuz qaldı

saytların hazırlanması

Evə çatdırılma

Əlində fişəng partladı: qolsuz qaldı

Hadisə

01 Yanvar 2023 19:07 890


İtaliyada Yeni il gecəsi baş verən pirotexniki partlayışlar nəticəsində 180-ə yaxın insan xəsarət alıb. 

Modern.az xəbər verir ki, bu barədə bazar günü respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, 48 zərərçəkən xəstəxanaya yerləşdirilib, onlardan 11-nin vəziyyəti ağır qiymətləndirilir.  pizza sifarişi

Ən ağır hadisələr Neapol və Milanda qeydə alınıb. Romada 59 avtomobil yandırılıb. 

Qurbanlar arasında 50 azyaşlı var. İtaliyanın cənubundakı Tarantoda işəng partlaması nəticəsində aldığı xəsarətlər səbəbindən 10 yaşlı uşağın qolu amputasiya edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!