Prezident İlham Əliyev dünən - fevralın 1-də Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu qəbul edərkən deyib ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Qarabağın Ermənistanla birləşdirilməsinə birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb.
Onun sözlərinə görə, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda, sülhə nail oluna bilər.
"Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlət başçısı vurğuladı ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər", - rəsmi məlumatda vurğulanır. Dördpendirli pizza
Bu açıqlamaya, hələlik, Ermənistan rəsmilərinin münasibəti bəlli deyil. Amma ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin tamamilə yeni konstitusiyaya ehtiyacı olduğunu demişdi. O izah etmişdi ki, regionda yaranmış yeni geosiyasi mühitdə bu, olduqca mühüm məsələdir.
Ermənistan müxalifəti və bir sıra şərhçilər isə bunu belə yozmuşdular ki, "Paşinyan Türkiyə və Azərbaycanın saysız-hesabsız tələblərindən daha birini qəbul etmək üçün zəmin hazırlayır".
Telegram kanalımız