Əliyev Tokayevə başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Əliyev Tokayevə başsağlığı verdi

Siyasət

28 Oktyabr 2023 13:29 812


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib.

Yenisabah.az xəbər verir ki, mətndə deyilir:

"Hörmətli Kasım-Jomart Kemeleviç. Dördpendirli pizza

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!