Aktyor Elməddin Cəfərov sosial şəbəkələrdə ünvanına yazılan tənqidi şərhlərdən gileylənib.
Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Xəbər-ətər” verilişində qonaq olan sənətçi bu barədə danışıb:
“Əyləncəli verilişlərin birində həmkarlarımdan biri çıxıb deyib ki, Elməddin heç vaxt mənə pul verməyib. Aydın məsələdir ki, bu şoudur. Amma şou olsa da, olmasa da belə, məlum məsələdir ki, heç kim 10 il pulsuz işləyən deyil. Buna görə şərhlərdə ünvanıma nələr yazdılar... pizza
Heç kim fərqinə varmadı ki, bu şoudur. Gəncədən anamın adına kimi tapıb ona yazmışdılar. Heç birinə cavab yazmadım.
Kədərlənirəm, ona görə ki, haqq yemək bu qədərmi asandır?! Heç olmasa, bunu bir araşdırın, bəlkə elə yalandır, zarafatdır. Niyə söyürsüz məni? Hələ biri şərhdə anamın adını yazmışdı, anamın adını haradan bilirsiniz?”
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız