“Elmlər Akademiyasında ciddi islahatlara ehtiyac var”   - Pənah Hüseyn

saytların hazırlanması

Evə çatdırılma

“Elmlər Akademiyasında ciddi islahatlara ehtiyac var” - Pənah Hüseyn

Sosial

18 Sentyabr 2020 12:23 861


Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildikdən sonra bu qurumun adı ətrafında yaranmış müzakirələr səngimək bilmir. Sosial şəbəkələrdə Milli Elmlər Akademiyasının böyük ştat cədvəli ilə büdcəyə yük olduğu önə sürülərək bu qurumun ləğv edilməsi ilə bağlı fikirlər səsləndirilir.

AMEA-nın ləğvi mümkündürmü?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan sabiq Baş naziri Pənah Hüseyn hesab edir ki, Milli Elmlər Akademiyası sadəcə islahata ehtiyacı olan sahələrdən biridir: Toyuqlu pizza

“Amma orada minlərlə elmi işçi çalışır. Belə ki, orada həm tətbiqi, həm də nəzəri sahə ilə məşğul olan elmi işçi potensialı toplanıb. Azərbaycanın tarixi, dili və ədəbiyyatı, coğrafiyası, təbii sərvətləri ilə bağlı tədqiqatlar aparılır. Ona görə də Elmlər Akademiyasını bağlamaq lazım deyil. Sadəcə onunla bağlı ciddi islahatlara ehtiyac var. Dünyanın bir çox ölkəsində elmi tədqiqatlar, əsasən, iri şirkətlərin bazasında və yaxud universitetlərdə aparılır. Güclü potensialı olan xüsusi şirkətlər tərəfindən maliyyələşdirilən tədqiqatların yüksək effektivliyi məlumdur. Amma Azərbaycanda həm nəzəri, həm tətbiqi tədqiqat sahəsində xüsusi inkişaf etmiş bir şirkət yaradıla bilməyib. Bu səbəblə dövlət tərəfindən maliyyələşdirilən elmi institutlara, elmi müəssisələrə ehtiyac var. O baxımdan Elmlər Akademiyası hazırda ləğv edilməməlidir. Amma şübhəsiz ki, bu sahəyə ayrılan vəsaitlərin daha səmərəli istifadəsi lazımdır. İstər bakalavr, istər magistratura, istər doktorantura pilləsində islahatlara ciddi ehtiyac var. Çünki bu sahədə mövcud vəziyyət qənaətbəxş deyil”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!