Dünyaca məşhur milyarder Elon Mask Rusiya Federasiyasına bağlı Çeçenistan respublikasının prezidenti Ramzan Kadırovun “Cybertruck” üzərində yerləşdirdiyi pulemyotun yer aldığı fotolara münasibət bildirib.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, Mask öz rəsmi açıqlamasında Kadırova “Cybertruck” hədiyyə etmədiyini qeyd edib. Milyarder özünə qarşı olan tənqidlərə cavab olaraq “bir rus generalına öz əlimlə “Cybertruck” verə biləcəyimi düşünəcək qədər axmaqsınız?”- yazıb.
Qeyd edək ki, ötən gün çeçen lider öz “Teleqram” kanalında sözügedən maşının üzərinə yerləşdirilən pulemyotla birlikdə fotolarını paylaşmış, Elon Maska hədiyyə üçün təşəkkürünü bildirmişdi. Sezar pizza
Telegram kanalımız