Əməkdar artist: “Ərimdən boşandım və o, dünyasını dəyişdi” - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artist: “Ərimdən boşandım və o, dünyasını dəyişdi” - VİDEO

Şou

16 Mart 2023 13:05 917


“Ərimdən boşandım, daha sonra o, dünyasını dəyişdi. Gərək boşanmayaydım...Beş-altı il əvvəl bilmişəm ki, vəfat edib. Bu xəbərdən çox pis oldum. Onun ailəsinə dedim ki, gərək mənə onun vəfatını deyərdiyiniz. O, uzaq qohumum olub”.

Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Sevinc Əliyeva qonaq olduğu “Zaurla günaydın” səhər şousunda deyib.

Sənətçi bildirib ki, universitet illərində Xalq artisti Fuad Poladova eşqini etiraf edib: “Evliliyim heç bir il çəkmədi. Mənim bir övladım var. Universitetin üçüncü kursunda təhsil alırdım. Məni evdən vermişdilər həmin şəxsə, nişanlamışdılar. Amma sevgim başqa insana idi. Fuad Poladova qarşı platonik sevgim var idi. Marqarita pizza

O da yenicə ailə qurmuşdu. Tədris teatrında tərəf müqabili kimi mənimlə oynadı. Onu sevdiyimi bilirdi. Kursumuzun rəhbəri Şəfiqə Məmmədovaya demişdim. Söylədi ki, bu, necə olur? Demişdim ki, istəyirəm də onu”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!