Əməkdar artist Şuşadakı evini teatra bağışladı

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artist Şuşadakı evini teatra bağışladı

Şou

26 Oktyabr 2022 11:11 1083


Əməkdar artist Yadigar Muradov Şuşadakı evini Şuşa Dövlət Musiqili Dram Teatrına bağışlayıb.

Yenisabah.az axşam-a istinadla xəbər verir ki, aktyor bu haqda "7 Canlı" proqramında danışıb. O bildirib ki, evi dağıdılmayıb, olduğu kimi durur:

"Hazırda evimdə 35 nəfər yaşayır. Onlar Şuşada bərpa işləri görənlərdir. Orada 1 il 8 ay yaşamışdım. Böyük bir evim var idi. Ermənilər də orada hərbi işlər üçün istifadə edirdilər. Dominos pizza

Bizim teatrımız yoxdur, dağıdılıb. Biz ömürboyu ikiotaqlı, balaca yerdə məşq etmişik. Evimin birinci mərtəbəsində teatrda çalışan və orada evi olmayanlar yaşaya bilər. Bunun üçün hər bir şərait var. Yuxarıda isə tamaşa oynamaq üçün yerim var".

Qeyd edək ki, Yadigar Muradov eyni zamanda Şuşa Dövlət Musiqili Dram Teatrının direktorudur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!