Əməliyyatda ad gününü qeyd edən həkimlə bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Əməliyyatda ad gününü qeyd edən həkimlə bağlı AÇIQLAMA

Sosial

09 Yanvar 2025 01:12 637


Azərbaycanda həkimin əməliyyat zamanı doğum gününü qeyd etməsi faktı ilə bağlı artıq yoxlama başlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat verib.

"Faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən artıq yoxlama başlanılıb. Məsələ ciddi araşdırılacaq. Yoxlama bitəndən sonra nəticəsi barədə ətraflı məlumat veriləcək",- deyə məlumatda bildirilib. Dördpendirli pizza

Qeyd edək ki, sosial şəbəkələrdə "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz və yanan şam ilə daxil olaraq həkimi doğum günü münasibətilə təbrik etdikləri video yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!