Əminə Ərdoğanla İlham Əliyevin səmimi dialoqu – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Əminə Ərdoğanla İlham Əliyevin səmimi dialoqu – VİDEO

Siyasət

16 İyun 2021 07:50 1073


Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, həyat yoldaşı Əminə Ərdoğan və onları müşayiət edən heyət Füzuli rayonundan Şuşaya gedərkən avtobusda tərəflər arasında səmimi söhbət baş tutub.

“Yeni Sabah” xəbər verir ki, müvafiq görüntüləri “Haber Global” yayımlayıb.

Əminə Ərdoğan yol boyu əkin sahələrinin, hətta otların da ermənilər tərəfindən yandırılmasından dəhşətə gəldiyini gizlədə bilməyib. Prezident İlham Əliyev isə bildirib ki, 30 ilik işğal ərzində Füzuli rayonunda bir bina belə salamat qalmayıb. Pepperoni pizza

“Biz Füzulini işğaldan azad edərkən istədik ki, bir binaya bayrağımızı asaq. Dedilər ki, bina yoxdur. İndi özünüz də görəcəksiniz. Füzuli şəhərini tamamilə dağıdıblar”, - deyə dövlət başçısı qeyd edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!