Əmir-Abdullahian: “Ümidvarıq ki, Rusiya Vyana razılaşmasını alqışlayacaq“

saytların hazırlanması

Evə çatdırılma

Əmir-Abdullahian: “Ümidvarıq ki, Rusiya Vyana razılaşmasını alqışlayacaq“

Dünya

15 Mart 2022 14:03 390


"Ümid edirik ki, Rusiya Vyanada yaxşı razılaşmanı alqışlayacaq".

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu bu gün Moskvaya yollanmış İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bildirib.

"Biz bütün dünyada müharibəni pisləyirik. Həm də ölkələrə qarşı birtərəfli sanksiyaları problemlərin həlli üçün yaxşı vasitə saymırıq. İran üçün siyasi həll böhrandan ən uyğun çıxış yoludur", - deyə nazir Ukraynada baş verən müharibəyə toxunub. pizza mizza

Vyanada aparılan və hazırda gedişinə fasilə verilmiş nüvə danışıqlarına dair nazir deyib:

"Media iddialarının əksinə, vəzifədaşımızla məsləhətləşmələrdə aydın oldu ki, Rusiya İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqları dəstəkləməyə davam edir. Moskva yaxşı, davamlı və əsaslı razılaşmanı alqışlayır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!