Əmirlik yeni sanksiyaların əleyhinədir

saytların hazırlanması

Evə çatdırılma

Əmirlik yeni sanksiyaların əleyhinədir

Dünya

10 Dekabr 2021 17:03 747


BƏƏ Vyana danışıqlarının nəticəsiz qalacağı təqdirdə İrana qarşı hər hansı əlavə sanksiyaların əleyhinədir.

Yenisabah.az “The National” xəbər verir ki, bunu BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş bildirib.

Onun sözlərinə görə, BƏƏ İran və dünya qüdrətləri arasında Vyanada nüvə proqramı üzrə danışıqların uğurla nəticələnəcəyinə ümid edir və regional dialoqun davam etdirilməsini istəyir. pizza mizza

Ənvər Qarqaş Birgə Hərtərəfli Fəaliyyət Planına istinad edərək bildirib:

"Biz JCPOA prosesini yaxından izləyirik. Uğurlu proses görmək istəyirik... lakin ümid edirik ki, bu proses həm də daha çox ölkə ilə hansısa dialoq razılaşmasına gətirib çıxaracaq və bu yolun özü də bizim [BƏƏ-nin] əldə etməyə çalışdığı vizyonu - regionda sabitlik və firavanlıq naminə təşviq etmək və möhkəmləndirməyə kömək edəcək”.

Qarqaş danışıqların nəticəsiz qalacağı təqdirdə İrana qarşı əlavə sanksiyaların tətbiqini dəstəkləməyib:

“Mən növbəti sanksiyalarda həll yolunu görmürəm... İrana qarşı artıq kifayət qədər sanksiyalar var”.

Bundan əvvəl “The Wall Street Journal”da ABŞ-ın Vyanada kompromis əldə olunmayacağı təqdirdə daha sərt iqtisadi sanksiyaların tətbiqi imkanını nəzərdən keçirdiyi bildirilmişdi.

Qarqaş İranı danışıqlarda daha çevik olmağa çağıraraq deyib: "Diplomatiya irəliyə doğru yoldur, lakin eyni zamanda bizim vaxtımız azdır".

Onun sözlərinə görə, regionda siyasi mənzərə dəyişib və İran yeni vəziyyəti anlamalı və istər Yəməndə, istər İraqda, istərsə də Livanda daha konstruktiv rol oynamalıdır.

Əmirlik rəsmisi qeyd edib ki, BƏƏ Yaxın Şərqdə yeni münaqişənin yaranmasında maraqlı deyil.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!