Ər qəza törətdi,   arvadı öldü

saytların hazırlanması

Evə çatdırılma

Ər qəza törətdi, arvadı öldü

Hadisə

28 İyul 2022 11:13 1038


İyulun 27-də saat 21 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində kənd sakini F.Tağıyevin və Qovlar şəhər sakini Rəmzi Əliyevin idarə etdikləri “VAZ-2106” markalı iki avtomobil toqquşub. 

Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumata görə, nəticədə F.Tağıyevin sərnişinlərindən həyat yoldaşı Rəna hadisə yerində ölüb.

Özü və 2 sərnişini, eləcə də digər sürücü xəstəxanaya yerləşdiriliblər.  Marqarita pizza

Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!