Ərdoğan Azərbaycanla Türkiyə arasında sazişi təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Azərbaycanla Türkiyə arasında sazişi təsdiqlədi

Siyasət

02 Mart 2021 09:43 564


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni təsdiqləyib.

Yenisabah.az-ın məlumatına görə, R.T.Ərdoğanın imzaladığı qərara əsasən, saziş qüvvəyə minib.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2020-ci ilin fevralın 25-də Bakıda imzalanıb. Dördpendirli pizza

Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi əksini tapıb. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!