Ərdoğan bağlı qapılar arxasında Paşinyana nə deyib? - Sirlər açılır

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan bağlı qapılar arxasında Paşinyana nə deyib? - Sirlər açılır

Siyasət

23 Aprel 2024 19:40 2072


“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlaması bir daha sübut edir ki, Ermənistan hakimiyyətinin “erməni soyqırımı” iddiasından imtina etməsi üçün proses başlayıb”.

Yenisabah.az Globalinfo.az-ya istinadən xəbər verir ki, bunu erməni türkoloq Tiran Lokmaqozyan deyib.

“Beləliklə Türkiyənin əsas tələblərindən biri olan “erməni soyqırımı”ndan imtina istiqamətində addımların atıldığını açıq-aydın görürük. İrəvan hakimiyyəti Azərbaycan və Türkiyənin tələblərini addım-addım yerinə yetirir”, – T.Lokmaqozyan qeyd edib. pizza mizza

Xatırladaq ki, bir qədər əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qondarma “erməni soyqırımı” barədə mesaj verib:

“Uydurma tarixi hekayələrlə hərəkət etməkdənsə, reallqlarla hərəkət etmək yaxşıdır. Artıq Nikol Paşinyan da bunu başa düşür. “Biz qondarma “erməni soyqırımı” ilə bağlı açıq danışmışıq. Arxivlərimizi aça biləcəyimizi dedik və açdıq. Ümid edirəm, Ermənistan diasporun onları əsarətə saldığı zülmətdən xilas olacaq və parlaq gələcək üçün yeni başlanğıclar etmək yolunu seçəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!