Ərdoğan bu dəfə Əhməd Cavadın şeirini səsləndirdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan bu dəfə Əhməd Cavadın şeirini səsləndirdi - Video

Siyasət

14 Dekabr 2020 22:20 1997


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dahi şairimiz Əhməd Cavadın şeirini səsləndirib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

“Qafqaz İslam Ordusunu Bakıya 18 kilometr məsafədəki Güzdəkdə qarşılayan Azərbaycan himninin yazarı Əhməd Cavad hislərini bu cür misralara töküb: Sezar pizza

Dağa, daşa sancağını öpdürüb,

Duman kimi bu dağları bürüdün.

Dənizlərə salam rəsmi yapdırıb,

Göylərdəki bulud kimi yürüdün.

Yürü, yürü batan günün izinə,

Gülümsəyir doğan günəş üzünə.

Qardaşlığın fərmanına baş əyib,

Məzlumların imdadına yetişdin.

Qaranlıqda iman sənə yol açdı,

Sən o yoldan muradına irişdin.

Yürü, yürü batan günün izinə,

Gülümsəyir doğan günəş üzünə”, - deyə R.T.Ərdoğan bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!