Ərdoğan Əliyevi təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Əliyevi təbrik etdi

Siyasət

09 Aprel 2024 15:54 479


Aprelin 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb. pizza mizza

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində Rəcəb Tayyib Ərdoğanı bayram münasibətilə təbrik edib, Türkiyə xalqına əmin-amanlıq arzulayıb.

Dövlət başçıları telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin gələcəkdə də bütün sahələrdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!