Ərdoğan Fələstinə görə Roma Papasına məktub göndərdi 

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Fələstinə görə Roma Papasına məktub göndərdi 

Dünya

13 Aprel 2024 16:05 450


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinlə bağlı Roma Papası I Fransiskə məktub göndərib. 

Yenisabah.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 

Məktubda Qəzzada beynəlxalq və humanitar hüququn pozulmasına artıq icazə verilməməyinin vacibliyi vurğulanıb:  Dominos pizza

“Bəşəriyyət müharibədə toxunulmaz statusuna malik xəstəxanaların, məktəblərin, məscidlərin və kilsələrin məqsədli şəkildə bombalanmasına qarşı səsini ucaltmalıdır. Fələstin-İsrail məsələsi ədalətli həll olunmadan Yaxın Şərqdə daimi sülh və sabitliyin bərqərar olması mümkün deyil. Müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin Dövlətinin 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olmaqla, yaranması və beynəlxalq birliyin bərabərhüquqlu üzvü kimi qlobal sistemdə öz yerini tutması vacibdir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!