Ərdoğan-Putin görüşündə müzakirə ediləcək məsələlər açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan-Putin görüşündə müzakirə ediləcək məsələlər açıqlandı

Dünya

31 İyul 2022 19:41 1160


Rusiya-Türkiyə danışıqlarında müzakirə ediləcək məsələlər açıqlanıb.

Yenisabah.az "Anadolu"ya istinadla xəbər verir ki, təfərrüatlar barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "Kanal 7"nin efirində bildirib.

Kalın deyib ki, prezident Rəcəb Tayyib Ərdoğanın avqustun 5-ə planlaşdırılan Soçi səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə görüşündə taxıl daşınması müqaviləsi, ərzaq təhlükəsizliyi və Qara dənizdə gəmilərin hərəkəti məsələləri müzakirə olunacaq. pizza sifarişi

Türkiyə Prezidentinin sözçüsü Rusiya ilə ikitərəfli münasibətlərə də toxunub:

"Hər kəs Rusiya ilə körpüləri qırsa, onunla kim danışacaq, kim vasitəçi olacaq, kim əlaqə yaradacaq, bu razılaşmaları kim edəcək? Mən bunları Qərb ölkələrinə dedim. Bunun nəticəsini görürük. Taxıl daşınması ilə bağlı razılaşma bu danışıqların gedişatıdır. Ruslarla körpüləri tamamilə qırsaydıq, bu gəmiçilik müqaviləsini bağlamaq olardımı? Yox”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!