Ərdoğan: “Putin və Zelenski görüşünü Türkiyədə keçirməyə hazırıq“

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan: “Putin və Zelenski görüşünü Türkiyədə keçirməyə hazırıq“

Dünya

24 Mart 2022 21:36 357


"Təkcə Türkiyəyə deyil, indiyə qədər gördüyümüz işlərə görə Türkiyəyə minnətdarlıq ifadələri olub. Biz həm cənab Putin, həm də cənab Zelenski ilə danışıqlarımızı davam etdirəcəyik".

Yenisabah.az xəbər verir ki, bunu Brüsseldə keçirilən NATO liderləri zirvəsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

O qeyd edib: "Belarusda davam edən danışıqlar prosesində NATO, tərksilah, kollektiv təhlükəsizlik, rus dilinin rəsmi dil kimi istifadəsi kimi mövzular müzakirə edilir. Bundan başqa, Krım və Donbass məsələsi var ki, Ukraynanın buna mehriban yanaşması mümkün deyil. Zelenski bunu referenduma çıxarmaqla müdrik liderlik nümayiş etdirdi. Toyuqlu pizza

Danışıqlar hələ də davam edir. Bundan əlavə, Zelenski şəxsən Türkiyənin vasitəçi rolunu öz üzərinə götürməsini istəyir. Rusiya tərəfindən buna mənfi yanaşma yoxdur. Xarici işlər nazirlərinin müsbət münasibəti var. Ümid edirik ki, liderlərlə görüşlərimizdə Türkiyənin vasitəçiliyi üçün müsbət tələb və ya təklif olarsa, buna hazırıq. Ankara, İstanbul, yaxud fəqli yerdə görüşü keçirməklə addım atmağa hazır olduğumuzu bildirdik.

Liderlər zirvəsində Türkiyəyə təşəkkür də var. Atdığımız addımlardakı isti təmaslar, əlbəttə ki, liderlərin diqqətini çəkir. Gələcəkdə də eyni yanaşmanı davam etdirəcəyik. Əvvəldən dedik ki, cənab Putinlə əlaqələrimiz müsbət istiqamətdə davam edəcək, cənab Zelenski ilə də müsbət istiqamətdə davam edəcək.

Siyasətimiz az qala sülh siyasətinə çevrilib. Arzumuz budur ki, bu axtarışları davam etdirək və bununla işi uzlaşdıra bilək. Bunu təmin etmək üçün əlimizdən gələni etməyə davam edəcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!