Ərdoğan Putini təriflədi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Putini təriflədi

Siyasət

25 Dekabr 2020 16:14 1179


“Vladimir Putinin mənim haqqımda düşüncələrindən məmnun oldum. Eyni düşüncəni mən də cənab Putin haqqında ifadə edirəm. O da verdiyi sözə əməl edir”.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, Türkiyənin hazırda əlaqələrinin ən yüksək səviyyədə olduğu ölkələrdən biri də Rusiyadır: “Ümid edirəm ki, Rusiya ilə siyasi, hərbi, iqtisadi, mədəni əlaqələrimiz bundan sonra da yüksək səviyyədə davam edəcək”. pizza hut

Xatırladaq ki, bir müddət əvvəl Rusiya dövlət başçısı ənənəvi illik mətbuat konfransında türkiyəli həmkarının sözünə əməl edən bir adam olduğunu vurğulamışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!