Ərdoğan Putinlə görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Putinlə görüşəcək

Dünya

17 İyul 2022 20:14 789


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin dəvəti ilə 18-19 iyul tarixlərində İranda rəsmi səfərdə olacaq.

Bu barədə Türkiyə Prezidenti Administrasıyası məlumat yayıb.

Səfər çərçivəsində iyulun 19-da Tehranda R.T.Ərdoğan və İ.Rəisinin sədrliyi ilə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VII İclası keçiriləcək. pizza

Müvafiq Nazirlərin iştirakı ilə keçiriləcək iclasda Türkiyə-İran münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və ikitərəfli əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə regional və qlobal məsələlər, ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılacaq.

Həmin gün R.T.Ərdoğan Tehranda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin də iştirakı ilə İran Prezidentinin ev sahibliyi ilə keçiriləcək Astana formatında VII Üçtərəfli Zirvə Görüşündə iştirak edəcək.

Zirvədə Suriyadakı mövcud proseslər, bölgənin təhlükəsizliyinə təhdid yaradan terror təşkilatları, xüsusilə PKK/YPG və İŞİD ilə mübarizə, siyasi həll üzrə səylər, humanitar vəziyyət və Suriyalıların könüllü olaraq ölkələrinə geri dönmələrinin müzakirəsi nəzərdə tutulur.

R.T.Ərdoğan Zirvə çərçivəsində rusiyalı həmkarı ilə ikitərəfli görüş də keçirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!