Ərdoğan Qarabağdan danışdı:   Türkiyənin apardığı mübarizədə...

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Qarabağdan danışdı: Türkiyənin apardığı mübarizədə...

Siyasət

12 Yanvar 2021 16:10 1671


“Türkiyə Avropa İttifaqı (Aİ) ölkələri ilə NATO-da bir yerdədir, müttəfiqdir. Amma necə olur ki, Türkiyənin terrorla mübarizəsində bu ölkələr bizim yanımızda yer almırlar?”

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ ölkələrinin Türkiyədəki səfirlərinə müraciətində deyib.

O bildirib ki, Türkiyədən başqa, İŞİD- terror təşkilatı ilə qətiyyətlə mübarizə aparan Avropa ölkəsi yoxdur. Sezar pizza

Ərdoğan qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ, Liviya və Suriyada apardığı mübarizədə Aİ ölkələrindən dəstək almayıb: “ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsini 30 ildə həll etməyi bacarmadı, amma 44 gündə bizim dəstəyimizlə bu problem həllini tapdı”.

Türkiyə Prezidenti vurğulayıb ki, ölkəsi Aİ ailəsində layiq olduğu yeri tutmalıdır. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!