Ərdoğan sabah Azərbaycana gələcək

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan sabah Azərbaycana gələcək

Siyasət

08 Dekabr 2020 14:23 1334


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana bu gün deyil, sabah gələcək.

Yenisabah.az xəbər verir ki, bu barədə TRT xəbər yayıb.

Bildirilir ki, bu Türkiyə dövlət başçısının Qarabağdakı atəşkəsdən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə ilk görüşü olacaq. Sezar pizza

Qeyd edilir ki, Prezident Ərdoğanın Bakı səfəri iki gün davam edəcək. Görüşdə həm iki ölkə arasındakı münasibətlər, həm də Qarabağdakı son vəziyyət müzakirə ediləcək, atəşkəs prosesi ətraflı qiymətləndiriləcək.

İki lider, atəşkəsi izləmək və nəzarət etmək üçün yaradılan Türkiyə-Rusiya mərkəzi ilə bağlı son vəziyyəti və Birgə Mərkəz üçün fəaliyyətləri müzakirə edəcəklər.

Bundan başqa danışıqlar zamanı Ankara və Bakının birlikdə atacağı addımlarla bağlı qiymətləndirmələr də həyata keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!