İstanbulda Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında qısa söhbət olub.
Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, Rusiya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı ilə bağlı sənədlərin imzalanması mərasimindən sonra keçirilən söhbət zamanı Türkiyə prezidenti imzalanmış sazişlərin digər məsələlərin həlli üçün əhəmiyyətini qeyd edib.
Ərdoğan Şoyquya deyib: “Bu gün yaxşı iş görüldü. Bütün tərəflər çox yaxşı iş gördülər və bu gün hamının imzaladığı sazişləri tez hazırladılar. Bu, digər məsələlərin indi uğurla həll olunması üçün yaxşı əsasdır”. Dördpendirli pizza
Telegram kanalımız