Ərdoğan Trampa zəng etdi, sui-qəsdi pislədi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Trampa zəng etdi, sui-qəsdi pislədi

Dünya

18 İyul 2024 18:37 662


Rəcəb Tayyib Ərdoğan Donald Trampla telefon danışığında ona sui-qəsd cəhdindən sonra tezliklə sağalmasını arzulayıb.

Yenisabah.az Anadolu-ya istinadla xəbər verir ki, o, sui-qəsdi pisləyib, bu hadisədən təəssüfləndiyini bildirib.

Türkiyə prezidenti Trampı Respublikaçılar Partiyasından 2024-cü il prezident seçkilərində namizəd kimi təsdiqlənməsi münasibətilə təbrik edib. Sezar pizza

Bu həftənin əvvəlində Tramp Respublikaçıların Milli Qurultayında 2024-cü ildə prezidentliyə namizəd olmaq üçün kifayət qədər səs toplayıb.

İyulun 13-də seçki kampaniyası zamanı Trampa sui-qəsd olub. O, xəsarət alıb, hadisə iştirakçılarından biri dünyasını dəyişib.

Keçmiş prezident daha sonra özünü yaxşı hiss etdiyini bildirib. Gizli Xidmət atəş açan şəxsin öldürüldüyünü bildirib.

Atəş açan şəxsin motivləri hələ müəyyən edilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!