Ərdoğan: Türkiyə və İsrail arasında artıq sıx ticarət əlaqələri mövcud deyil

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan: Türkiyə və İsrail arasında artıq sıx ticarət əlaqələri mövcud deyil

Dünya

24 Aprel 2024 17:53 475


“Türkiyə ilə İsrail arasında artıq sıx ticarət əlaqələri mövcud deyil”.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, İsrailin Qəzzaya hücumları nəticəsində ölən insanların sayı 40 minə çatıb və “bunu görməmək mümkün deyil”. Ərdoğanın sözlərinə görə, buna rəğmən Qərb ölkələri İsrailə dəstək verir. pizza

Türkiyə Prezidenti onu da əlavə edib ki, Ankara əsir mübadiləsi mövzusunda səylərini davam etdirir və yaxın zamanda nəticənin əldə ediləcəyinə ümid edir.

O, Qəzzadaki müharibənin bölgəyə yayılmasının qarşısının alınmalı olduğunu deyib.

“Fələstinlilər üçün siyasi perspektiv olmadan orta və uzunmüddətli perspektivdə İsrail üçün təhlükəsizlik təmin edilə bilməz. Ona görə də yeganə həll yolu iki dövlətli həll ola bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!