Ərdoğan və Makron Bakı və İrəvan arasında sülhü müzakirə etdi - Ümumi razılıq varmı?

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan və Makron Bakı və İrəvan arasında sülhü müzakirə etdi - Ümumi razılıq varmı?

Dünya

12 İyul 2024 13:58 751


Fransa prezidenti Emmanuel Makron Vaşinqtonda Türkiyə prezidenti Rəcəb Ərdoğan ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələlərini müzakirə ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Fransa prezidentinin dəftərxanasının mətbuat xidməti məlumat yayıb.

“Fransa prezidenti regionda yeni səhifə aça biləcək sülh sazişinin tezliklə əldə edilməsi məqsədi ilə Ermənistan və Azərbaycan arasında davam edən dialoqu dəstəklədiyini bir daha təsdiqləyib”, - deyə məlumatda bildirilir. Dördpendirli pizza

Türkiyə tərəfinin bildirdiyinə görə, Fələstin məsələsi platformasında kənarında keçirilən görüşdə Makron və Ərdoğan “ikitərəfli münasibətlər, Ukrayna və Rusiya arasında müharibənin gedişatı, İsrailin Fələstinə hücumları, həmçinin regional və qlobal məsələləri” müzakirə ediblər. 

Ərdoğan Türkiyə ilə Fransa arasında bütün sahələrdə əlaqələrin gücləndiyini, o cümlədən Türkiyənin Avropa İttifaqına daxil olması prosesinin intensivləşdirilməsinin vacibliyini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!