Ərdoğan və Makron birgə hərbi layihəni müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan və Makron birgə hərbi layihəni müzakirə etdi

Dünya

17 İyul 2022 09:07 760


Türkiyə və Fransa prezidentləri Rəcəb Tayyib Ərdoğan və Emmanuel Makron SAMP-T hava hücumundan müdafiə sistemlərinin birgə istehsalı layihəsinin həyata keçirilməsini müzakirə ediblər.

Yenisabah.az “Anadolu”ya istinadla xəbər verir ki, bu barədə dövlət başçılarının telefon danışığı zamanı razılıq əldə olunub.

Ərdoğan bildirib ki, Türkiyə tam şəffaflıq prinsipi çərçivəsində maksimum əməkdaşlıq da daxil olmaqla, birgə sistemin inkişafı üçün təchizat layihəsinin başlanmasını təmin etməyi gözləyir. pizza sifarişi

Bu ilin əvvəlində bu məsələ Türkiyə prezidenti ilə İtaliya və Fransa liderləri arasında Brüsseldə keçirilən görüşdə müzakirə olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!