Rusiya və Türkiyə Türkiyənin ilk atom elektrik stansiyası olan Akkuyu AES-də iş planını həyata keçirməyə davam edəcək.
Yenisabah.az “Komsomolskaya Pravda”ya istinadla xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğanın ofisində iki ölkə liderləri arasında Şənbə günü, sentyabrın 3-də baş tutan telefon danışıqlarından sonra bildirilib.
“Prezident Ərdoğan və Rusiya prezidenti Putin Akkuyu AES-in tikintisinin planlaşdırıldığı kimi davam etməsi ilə bağlı qəti qərarlı olduqlarını bir daha təsdiqlədilər”, – deyə Türkiyə prezident aparatının bəyanatında deyilir. pizza hut
Türkiyə lideri Zaporojye atom elektrik stansiyası ətrafında yaranmış vəziyyətin həllində vasitəçilik etməyi təklif edib.
Xatırladaq ki, Türkiyədə ilk Akkuyu atom elektrik stansiyası Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün qeyd olunacağı 2023-cü ildə fəaliyyətə başlamalıdır.
Bundan əvvəl Rusiyanın Türkiyədə Akkuyu AES-in tikintisinə ümumilikdə 22 milyard dollar sərmayə qoyacağı bildirilirdi.
Telegram kanalımız