Ərdoğandan Paşinyana tövsiyə: Yol xəritəsini hazırlayın

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğandan Paşinyana tövsiyə: Yol xəritəsini hazırlayın

Dünya

23 Aprel 2024 14:04 632


Rəcəb Tayyib Ərdoğan Ermənistan hakimiyyətini Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlamaq üçün mövcud reallıqlara diqqət yetirməyə çağırıb.

Yenisabah.az xəbər verir ki, Türkiyə prezidenti İraqdan qayıdarkən onu müşayiət edən jurnalistlərə bildirib:

“Hazırda regionda yeni nizam qurulur. Əsassız xatirələri atmağın vaxtıdır, indiki zamanın reallıqlarına əsaslanaraq hərəkət etmək daha yaxşıdır. İndi Ermənistanın baş naziri Nikol Paşinyan da bunu başa düşür. İndi real əsasda yeni yol xəritələri yaratmağın vaxtıdır. Ümid edirəm ki, Ermənistan diasporun onu sürüklədiyi qaranlıqdan xilas olacaq və parlaq gələcək üçün yeni başlanğıclar yolunu seçəcək”. pizza

Ərdoğanın sözlərinə görə, fürsət pəncərəsi həmişə açıq olmayacaq və bu məqamdan səmərəli istifadə etmək lazımdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!