Ərdoğanın ABŞ səfəri yaya qaldı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanın ABŞ səfəri yaya qaldı

Dünya

10 May 2024 14:24 580


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 12-13-də keçiriləcək NATO sammiti zamanı ABŞ-a səfər edə bilər.

Yenisabah.az “Yeni Akit”ə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Con Bass Vaşinqtonda keçirilən 39-cu Amerika-Türkiyə Şurasının iclasında deyib.

O bildirib: “Biz iyulda keçiriləcək NATO sammitində prezident Ərdoğanı qəbul etməyi səbirsizliklə gözləyirik. Türkiyə Ukrayna münaqişəsi kontekstində mühüm və müsbət rol oynayıb”. Dördpendirli pizza

Diplomat qeyd edib ki, Ankara bir çox regional böhranların həllində mühüm işlər görüb.

Xatırladaq ki, Ərdoğanın ABŞ-a səfəri mayın əvvəlinə planlaşdırılmışdı.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!