Ərdoğanın Azərbaycana səfəri başlayıb

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanın Azərbaycana səfəri başlayıb

Siyasət

09 Dekabr 2020 16:55 1490


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.

Yenisabah.az xəbər verir ki, dövlət başçısını gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

R.T.Ərdoğanı Azərbaycan rəsmiləri və bu ölkənin Bakıda fəaliyyət göstərən diplomatları qarşılayıb. pizza

Səfərdə R.T.Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik, partiyanın sədr müavini Mahir Ünal, Prezident Administrasiyasının mətbuat katibi İbrahim Kalın və Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun müşayiət edir. (Report)

Türkiyə lideri Azərbaycanda iki gün olacaq. Onun Bakıya səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə gerçəkləşir.

Səfər tarixi Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi məqsədilə sentyabrın 27-də başlanmış Vətən müharibəsində qələbənin qeyd edilməsi gününə uyğunlaşdırılıb.

İki ölkənin lideri "Bir millət, iki dövlət" şüarı ilə dekabrın 10-da keçiriləcək Qələbə Paradında iştirak edəcək.

Səfər çərçivəsində dünya ictimaiyyətinə müasir Azərbaycan reallıqları haqqında daha çox məlumat verilməsi üzrə birgə addımların müzakirəsi olacaq. Danışıqların gündəliyinə həmçinin regional və beynəlxalq məsələlər də daxil edilib.

R.T.Ərdoğanın səfəri çərçivəsində eləcə də iki qardaş ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcək bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!