Ərdoğanın bayatı deməsi İranı niyə “qıcıqlandırdı”

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanın bayatı deməsi İranı niyə “qıcıqlandırdı”

Siyasət

13 Dekabr 2020 09:30 1450


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər paradında səsləndirdiyi bayatının İran rəsmiləri tərəfindən fərqli şəkildə şərh edilməsi məndə təəccüb yaratdı.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər paradında məşhur bayatını səsləndirməsinin İranda qeyri-adekvat qarşılanması haqda danışarkən deyib.

O qeyd edib ki, xüsusilə İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin bu bayatıya etiraz etməsi və bu haqda nəsə yazmasını anlamaq olmur: Sezar pizza

“Məsələ ondadır ki, Türkiyə Prezidentinin nitqində İran başda olmaqla, region ölkələri üçün ciddi bir çağırış var idi. Ərdoğan çıxışı zamanı region ölkələrinin əməkdaşlıq platformasının yaradılmasının (“Altılı platforma”) vacibliyini qeyd etdi. Hesab edirəm ki, bu, İranın da xeyrinədir. Rəsmi Tehranın özü də hər dəfə qeyd edir ki, regionun problemlərini gərək region ölkələri həll etsin. Düşünürəm, İran tərəfindən reaksiya verilməli məsələ bu idi, nəinki bayatı”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!