Ərdoğanın Naxçıvan AÇIQLAMASI

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanın Naxçıvan AÇIQLAMASI

Siyasət

05 Dekabr 2020 17:20 2051


“Ermənilərin xislətini tarixdən ən yaxşı qarslılar bilir”.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə Sarıqamış-Xorasan yolunun açılışındakı çıxışında deyib.

Ərdoğan bildirib ki, Qarabağdakı zəfərdən ən çox qazanan bölgələrdən biri də Türkiyənin Qars vilayəti olacaq: “Azərbaycanlı qardaşlarımızın qətiyyətli mübarizəsi nəticəsində Dağlıq Qarabağda  Azərbaycan bayrağı qürurla dalğalanır. İnşallah, Naxçıvan ilə Azərbaycan arasında quru yol və dəmiryolu bərpa olunduqdan sonra Azərbaycanla birbaşa əlaqəyə sahib olacağıq. Bu əlaqələrdən ən çox faydanı görən yerlərin başında Qars gəlir. 30 illik işğalın ardından Azərbaycan öz torpaqlarına qovuşmanın haqlı sevincini yaşayır”.   /APA Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!