Ərdoğanın xahişi: Mariupolda əcnəbilər üçün dəhliz açılır

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanın xahişi: Mariupolda əcnəbilər üçün dəhliz açılır

Dünya

03 Aprel 2022 13:54 648


Rusiya Müdafiə Nazirliyi xarici vətəndaşların Mariupoldan təxliyəsi üçün humanitar dəhliz açacaq.

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, nazirlik bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinə müraciəti əsasında həyata keçirəcək.

Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri Mixail Mizintsev bildirib: Sezar pizza

“Humanitar əməliyyat yalnız Kiyev hakimiyyətinin hərtərəfli yardımı ilə, Mariupoldan humanitar karvana buraxılması, evakuasiya zamanı “sükut rejimi”nə ciddi riayət edilməsi, habelə limandan çıxarkən və gəmilərin, habelə bütün keçid marşrutu atəşə tutulması təhlükəsinin aradan qaldırılması ilə mümkündür".

Mizintsevin sözlərinə görə, aprelin 3-də Moskva vaxtı ilə saat 00:00-dan etibarən Rusiya ordusu Mariupoldan Berdyanska humanitar dəhliz açır və marşrutda “sükut rejiminə” əməl olunmasına zəmanət verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!