Türkiyə və Rusiya prezidentləri bu gün növbəti dəfə telefonla danışıblar, müzakirə etdikləri mövzular arasında Dağlıq Qarabağdakı vəziyyət də olub.
Yenisabah.az xəbər verir ki, bu telefon danışığı ilə bağlı politoloq Elxan Şahinoğlu qısa şərh verib:
"Prezidentlər Ağdamda fəaliyyət göstərən monitorinq mərkəzinin işinə toxunublar. Mərkəz normal fəaliyyətini davam etdirir. Ümumiyyətlə Rusiya və Türkiyə prezidentləri nə qədər çox aralarında Qarabağı müzakirə etsələr, bizim üçün bir o qədər yaxşıdır. Ruslar erməniləri də anlatmağa başlayıblar ki, 44 günlük müharibədən sonra Türkiyəsiz keçinmək mümkün olmayacaq, atılan və atılacaq addımlar Ankara ilə razılaşdırılmalıdır". pizza
Telegram kanalımız