Ərdoğanla Ruhani arasında telefon danışığı oldu

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanla Ruhani arasında telefon danışığı oldu

Siyasət

21 Fevral 2021 21:28 725


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Həsən Ruhani ilə telefon vasitəsilə danışıb.

“Haber Global” Türkiyə prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, söhbət zamanı iqtisadiyyat, nəqliyyat, təhlükəsizlik və digər sahələrdə Türkiyə-İran işbirliyini artırmaq üçün atılan addımlar və regional inkişaf məsələləri müzakirə edilib.

Prezident Ərdoğan Türkiyə-İran əlaqələrinin gücləndirilməsi üçün mövcud iradələrinə sadiq qaldıqlarını bildirib. Marqarita pizza

İrana qarşı birtərəfli sanksiyalardan imtina edilməsini və İran xalqının rifahı qarşısında haqsız əngəllərin aradan qaldırılmasını ABŞ-ın yeni rəhbərliyindən istədiklərini deyən Türkiyə prezidenti, son bir neçə gündə bu mövzuda edilən açıqlamaların yeni bir fürsət pəncərəsi açdığını söyləyib.

Həmçinin prezident Ərdoğan İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının yenidən fəaliyyətə başlaması üçün bütün çətinliklərə baxmayaraq dialoq qapılarını açıq saxlamağın vacibliyini vurğulayıb. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!