Bakıda ərinə öldürməyə cəhddə təqsirləndirilən Lalə İmaşovanın cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses mayın 31-nə təyin edilib.
Cinayət işi hakim Novruz Kərimovun sədrliyi ilə araşdırılacaq. pizza sifarişi
Hadisə bu il yanvarın 21-də Qaradağ rayonu, Qızıldaş qəsəbəsində baş verib.
1995-ci il təvəllüdlü Lalə İmaşova əri, 1987-ci il təvəllüdlü Ceyhun İmaşovu baltalayıb. Ceyhun İmaşov xəstəxanaya yerləşdirilib. Ərinə xəsarət yetirən L.İmaşova isə saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Telegram kanalımız