Ərini öldürən yazıçı əvvəlcə “Əri necə öldürməli” romanı yazdı

saytların hazırlanması

Evə çatdırılma

Ərini öldürən yazıçı əvvəlcə “Əri necə öldürməli” romanı yazdı

Hadisə

14 İyun 2022 14:22 1059


Ötən ay Amerikada baş verən qətl medianın gündəmindən düşmək bilmir.

Yenisabah.az xəbər verir ki, 2018-ci ildə törədilən cinayətin təqsirkar yazıçıdır. Bu il o, mühakimə olunub və ömürlük həbs cəzası alıb. 

Krampton Brofi 2018-ci ilin iyun ayında əri Daniel Brofini 1,4 milyon dollar sığorta ödənişi almaq üçün qətlə yetirib. Brofi qətli törətməzdən əvvəl “Əri necə öldürməli” adlı detektiv roman yazıb. pizza sifarişi

Brofinin cinayətini ərini öldürdüyü vaxt avtomobildə çəkilmiş fotoşəkillər sübut edib. Bu sübutlara baxmayaraq, müəllif maraqlı şəkildə özünü müdafiə etməyə davam edib.

Eşq romanlarının müəllifi olan qadın cinayət yerində olduğunu xatırlamaq üçün çox qoca olduğunu iddia edib. 68 yaşlı yazıçı avtomobilin içindəki şəxsin ona bənzədiyini etiraf etsə də, orada olduğunu xatırlamadığına israr edib:

“Bilirsiniz, nə deyirlər, qocalıq xanım-xatınlar üçün deyil. 68 yaşım tamam olur, görmə qabiliyyətimi itirməyə başlayıram, ağlımı itirməyə başlayıram. Bu necə oldu, yadımda deyil”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!