"Azərbaycan düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində dünyaya bəyan etdi ki, ermənilər zaman-zaman özlərinə saxta tarix yazıblar, apardıqları yalan təbliğatın əksinə olaraq soyqırımına məruz qalan onlar yox, azərbaycanlılardır. Yalan üzərində qurulan təbliğat heç zaman inandırıcı və uzunömürlü ola bilməz..".
Yenisabah.az xəbər verir ki, bu fikirləri "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, Azərbaycana qarşı əsassız torpaq iddiasını irəli sürən işğalçı Ermənistan, həmçinin dost, qardaş Türkiyəyə qarşı da qondarma "erməni soyqırımı" iddiası ilə çıxış edib. Siyasi mənsubiyyətindən asılı olmayaraq Ermənistanın bütün hakimiyyətləri bu niyyətlə Yerevanda ucaldılan "erməni soyqırımı" abidəsindən siyasi məqsədlər üçün istifadə etməyə çalışır. İşğalçı dövlətə səfər edən hansısa ölkənin dövlət başçısının «protokol qaydaları» adı altında həmin abidənin ziyarət etdirilməsi artıq dünyaya «erməni soyqırımı»nın tanıdılması mesajı kimi təqdim edilir. Atdıqları hər addımlarında hiyləgərliklərini nümayiş etdirən mənfur düşmən hər dəfə qondarma «erməni soyqırımı» iddiasını irəli sürəndə Türkiyə rəsmiləri tarixçilərdən ibarət Türkiyə-Ermənistan birgə komissiyasının yaradılması, dünya arxivlərinin açılması təklifi ilə çıxış edir. Belə məqamlarda Ermənistan hökuməti isə daş atıb başını tutur ki, bu işlərlə tarixçilər deyil, siyasətçilər məşğul olmalıdırlar. Bu faktın özü işğalçı dövlətin apardığı siyasətin nə qədər cılız, reallıqlardan uzaq olduğunu nümayiş etdirir. Düşünürdülər ki, belə ajiotaj yaratmaqla həqiqətləri gizlətmək, tarixi faktları ört-basdır etmək mümkün olacaq. İşğalçı Ermənistan nəhayət anlamalı idi ki, tarixi ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin öndə saxlanıldığı, informasiya mühitinin bütün dünyaya açıq olduğu bir zamanda yenə də yalan təbliğat aparmaq artıq mümkünsüzdür. Toyuqlu pizza
Baş redaktor bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocalı soyqırımının 29-cu ildönümü günündə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirməsi ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasətinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynadı. 35-dən artıq media orqanının 50-yə yaxın suallarını faktlar əsasında cavablandıran Prezident İlham Əliyev bir daha Azərbaycanın apardığı təbliğatın real faktlara, tarixi həqiqətlərə əsaslandığını bəyan etdi. Möhtərəm Prezidentimiz hər zaman ikili siyasətin yaratdığı problemlərdən bəhs edərkən bu çağırışı edirdi ki, dünyanın bu yanaşması bizi ruhdan salmamalı, daim mövqeyimizin müdafiəsi istiqamətində səylərimizi artırmalıyıq.
31 Mart faciəsinin ildönümü ərəfəsində olduğumuzu qeyd edən baş redaktor bildirib ki, ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması dövlətimizin beynəlxalq hüquqa, tarixi ədalətə əsaslanan mövqeyinin bir daha təsdiqidir. Son 18 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması, bunun ardınca “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamın imzalanması tariximizin hər bir səhifəsinə ətraflı diqqət yönəltməyə geniş imkanlar açmışdır.
Telegram kanalımız