“Ermənilər bizdən daha qanunpərəstdir, yoxsa...” - İlqar Məmmədovdan maraqlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Ermənilər bizdən daha qanunpərəstdir, yoxsa...” - İlqar Məmmədovdan maraqlı açıqlama

Siyasət

24 Mart 2021 14:56 1079


“Amnistiya haqqında çağırışımız təkcə və sadəcə siyasi məhbuslar məsələsinin tam həlli üçün mövcud alətlərdən daha birini işə cəlb etmək istəyimizlə bağlı deyil. Düşünürəm ki, Azərbaycanda məhbus sayı çox daha aşağı olmalıdır və müqayisədə bu yaxşı görünür”.

Yenisabah.az xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib. O qeyd edib ki, əhalisi 8-12 milyon olan Avropa ölkələri arasında Azərbaycan bu göstəriciyə görə ən pis mövqedədir:

“Hər 100 min nəfərə ölkəmizdə 208 məhbus düşür. Keçmiş SSRİ-nin 15 ölkəsi arasında da 10-cu yerdəyik. Hətta Ermənistanda adambaşına məhbus sayı bizimkindən az qala 3 dəfə azdır. Sual olunur: Ermənilər bizdən daha qanunpərəstdir, yoxsa bizim dövlət yeri gəldi-gəlmədi hamıya lazımından daha sərt cəza verir? Məncə, ikincisi doğrudur. Sezar pizza

Müharibədə böyük tarixi qələbə qazanmağımız cinayətin cəzalandırılması siyasətində yeni səhifə açmaq üçün bir fürsət yaradır. Qələbə münasibətilə amnistiya bu fürsətdən istifadəni mümkün edən önəmli ilk addımlardan biri olar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!