“Ermənilər daha müharibə istəmir“   - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Ermənilər daha müharibə istəmir“ - Politoloq

Siyasət

17 Fevral 2021 17:32 760


“Serj Sərkisyan və Robert Köçəryan keçmişdən və Dağlıq Qarabağdan danışqdıqları halda baş nazir Nikol Paşinyan gündəmi dəyişməyə çalışır. Paşinyanın mövzuları fərqlidir. O, Ermənistanın müxtəlif rayonlarına gedərək iqtisadi proqramlardan, iş yerlərindən və yolların çəkilişindən danışır”.

Yenisabah.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

“Doğrudur, rəqibləri onu ittiham etməsinlər deyə, hər həftə əsabələrini Xankəndinə göndərir, ancaq özü getdikcə Dağlıq Qarabağla bağlı az danışır. Çünki danışılası nəsə yoxdur, müharibədə məğlub olub, gənclərini və hərbi texnikasını itirib, hələ də meyitləri toplayırlar. Ermənistan erməniləri daha müharibə istəmir, müharibədən əvvəlki həyata qayıtmaq istəyirlər. Paşinyan da eynisini istəyir”,-deyə politoloq əlavə edib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!