"Ermənistan müxalifəti Baş Nazir günahlandırmaq üçün yeni səbəb tapıblar. Guya Nikol Paşinyan içkili halda işə gəlir və parlamentin iclasında iştirak edir. Bununla onlar Paşinyanı istefaya göndərmək üçün yenidən ayağa qalxmaq istəyirlər. Amma başa düşmürlər ki, əvvəllər istifadə etdikləri, xain, qatil, satqın, Türkiyə casusu kimi ifadələrlə Paşinyanı istefaya göndərə bilmədilərsə, onu sərxoşluqda ittiham etməklə heç nəyə nail ola bilməyəcəklər".
Yenisabah.az xəbər verir ki, bu barədə politoloq Əlimusa İbrahimov bildirib.
O qeyd edib ki, Paşinyanın içkili halda parlamentə gəlməsi siyasi manevrdir: Dördpendirli pizza
"Baxın, bəzən elə olur ki, Baş nazir 3 ay bundan qabaq söylədiyi fikrin əksini söyləməli, yaxud əvvəllər qəbul etdiyi qərarların düzgün olmadığını bildirməlidir. Buna görə o durub deməməlidir ki, iki ay bundan qabaq biz bu və ya digər məsələ haqqında qərar qəbul etmişik və indi görürük ki, bizim bu addımımız səhv olub. Ona görə belə məsuliyyətli vaxtlarda o parlamentə içkili gəlir və onun ziddiyyətli qərarlarını içkinin adına yazırlar. Mən hələ heç bir dövlət xadiminin bu qədər "uzaqgörən" olduğunu görməmişəm".
Politoloq ermənilərin Azərbaycan Prezidenti İlham Əliyevin onlara qarşı yeritdiyi siyasəti başa düşmədiklərinə dair şikayətlərinə də münasibət bildirib. Ə.İbrahimovun fikrincə, onlar İlham Əliyevin bir yerdə Zəngəzur, Göycə, İrəvana qədər gedəcəklərini elan etdiyi halda, digər çıxışında Azərbaycan xalqının ermənilərlə birlikdə yaşamağa hazır olduğunu bildirməsini başa düşə bilmirlər:
"Hesab edirlər ki, Rusiyanın ən nüfuzlu diplomatiya universitetini professoru, Heydər Əliyevin həyat akademiyasının məzunu olan İlham Əliyev xarici siyasətdə həmişə bir xətt üzrə hərəkət edəcək. Ermənilər başa düşmürlər ki, dövlətin maraqları tələb edirsə taktiki məsələlərdə dəyişiklik etmək zəruridir. İlham Əliyev də bu gün məhz Azərbaycan xalqının və dövlətçiliyinin maraqlarına xidmət edən addımlar atır. Bu zaman maraqlar ermənilərlə yaxınlaşmağı tələb etsə belə.
Digər tərəfdən, artıq yüz ildir ki, dövlətlər arasında “qamçı və kökə” siyasətindən ( sərt və yumşaq güc) geniş istifadə edilir. Bəzən böyük dövlətlər nəzarəti altında olan dövləti “qamçıladıqdan” (“sərt güc” – 44 günlük müharibə) sonra onu şirnikləndirmək üçün “kökədən” istifadə edirlər. Buna siyasətdə son zamanlar “yumşaq güc” də deyirlər".
Telegram kanalımız