Ermənilər Qarabağa bu şərtlərlə qayıdır - Deputat açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Qarabağa bu şərtlərlə qayıdır - Deputat açıqladı

Siyasət

27 Oktyabr 2023 23:01 13435


Qarabağdan könüllü şəkildə Ermənistana gedən ermənilərin geri dönüşü ilə bağlı fərqli yanaşmalar səslənir. Amma burada onların hansı şərtlərlə geri qayıdışı aydınlaşmalıdır. Sözsüz ki, onların kütləvi şəkildə qayıdışının əleyhinəyəm. Onlar ərazimizdən öz istəkləri ilə gedib. Soyqırımına məruz qalmış, çox sayda yaxınlarını Xocalı soyqırımı zamanı itirmiş Azərbaycan vətəndaşı kimi bunu deyirəm. Azərbaycanın Qarabağ bölgəsində yaşayanların içərisində əli azərbaycanlıların qanına batmayan, soyqırımı və işğalda günahı olmayan erməni yoxdur. Hamısının bu məsələlərdə iştirakı, günahı var.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, vaxtilə azərbaycanlılara qarşı həmin ermənilər əlində silah döyüşüb, bəziləri isə onlara yardım edib: pizza mizza

“Kimlərsə də azərbaycanlılara qarşı döyüşənlərin ailə üzvü olub. Azərbaycana qarşı 30 ildən artıq müddətdə aparılan işğalçılıq müharibəsində, soyqırımında orada olan ermənilərin günahı var. Ona görə də, onlar ərazimizdən çıxıb gediblər.

Prezident İlham Əliyevin də bəyan edib ki, Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törətməmiş, ölkə vətəndaşlığını qəbul edən, qanunlarına tabe olan, 1988-ci ilə qədər Qarabağda yaşayan ermənilərin ərazimizdə yaşamasına razılıq var".

Deputatın fikrincə, ən yaxşı variant təxribatçı ermənilərin ərazimizə buraxılmamasıdır: "Bununla bağlı təkliflərlə çıxış edən Avropa Parlamenti, Avropa İttifaqı və digər təsisatlar yaxşı olardı ki, Azərbaycanın daxili işlərinə müdaxilə etməsin”.

Elman Məmmədov hesab edir ki, Azərbaycan öz ərazisi üzərində suverenliyi tam təmin edib:

“Burada Qərbi azərbaycanlılarla bağlı aparılan müqayisə də qüsurludur. Qərbi azərbaycanlıların tarixi ata-baba yurdlarına, indiki Ermənistana qayıdışı onların fundamental haqqıdır. Ermənistan rəhbərliyinin ermənilərin də guya vaxtilə Azərbaycan ərazisində yaşadığı bölgələrə qayıtmasını şərt kimi irəli sürməsi heç bir tarixi fakta əsaslanmır. Çünki ermənilər bu ərazilərə sonradan çar Rusiyası tərəfindən yerləşdirilib. Qərbi Azərbaycan və İrəvan isə tarixi Azərbaycan torpağıdır. Burada 1988-ci ilə qədər, yəni Ermənistanın həyata keçirdiyi sonuncu deportasiya siyasətinə qədər yüz minlərlə azərbaycanlı yaşayıb”./Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Alemşah
    Onların 3-5 nəfər olsa belə qayıtması təkrar çüharibəyə səbəb olacaq. 100 faiz əmimliklə fryirəç. Onlar jamısı cinayətkardır
    3 years ago
  • Ibrahim
    Rədd olsunlar, onlardan biz, yəni millətimiz və dövlətimiz heç vaxt xeyir görməyəcək, birdə referendum keçirilsin xalqımız icazə verirsə gəlsinlər
    3 years ago
  • Jale ibrahimova
    Eleygineyem
    3 years ago
  • Üzeyir
    Məndə bir Azərbaycan vətəndaşı olaraq, və vətəndaş mövqeyi İndən çıxış edərək deyirəmki, Ermənilərin Qarabağa qayıtmasının əleyhinəyəm, onlar qayıtsalar, yenə bir neçə ildən sonra öz xain, xəyanətkar xislətlərini göstərərək xalqımıza problem yaradacaqlar, ona görə Ermənilər birdəfəlik rəddolsunlar torpaqlarımızdan.
    3 years ago