Ermənilər Qarabağa hansı şərtlə qayıda bilərlər? -   “Proses qarşılıqlı olmalıdır, qərbi azərbaycanlılar da...”

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Qarabağa hansı şərtlə qayıda bilərlər? - “Proses qarşılıqlı olmalıdır, qərbi azərbaycanlılar da...”

Siyasət

28 Oktyabr 2023 14:49 1147


Lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq Azərbaycan suverenliyini tam şəkildə bərpa etdikdən sonra Qarabağda yaşayan erməniəsilli əhalinin böyük əksəriyyəti könüllü şəkildə Ermənistana köç etdi. 

Bəs hazırda Ermənistanda məskunlaşdırılmış həmin ermənilərin geri qayıtmaq ehtimalları varmı?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan politoloq Nazim Cəfərsoy bildirib ki, əgər həmin ermənilər Qarabağ ərazisinə geri dönmək istəsələr, bu zaman qərbi azərbaycanlıların da öz yurdlarına qayıtmaq istəyi yerinə yetirilməlidir:  pizza hut

“Bu gün reinteqrasiya prosesindən söhbət gedirsə, gələcəkdə ermənilərin Azərbaycana qayıtması məsələsindən də danışılır. Onların gələcəkdə Qarabağ iqtisadi rayonuna qayıtması prosesi qarşılıqlı olmalıdır, çünki insanların hüquq və azadlıqları ilə bağlı məsələlər kompleks anlayışlardır və bunlar birtərəfli qaydada tətbiq oluna bilməz.

Bəlli olduğu kimi, qərbi azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulublar. Azərbaycandan köçən ermənilərdən fərqli olaraq, onlar öz istəkləri ilə torpaqlarından getməyiblər. Ermənilər də gələcəkdə Qarabağ iqtisadi rayonuna qayıdacaqları təqdirdə, vaxtilə Ermənistan ərazisində kompakt yaşayan azərbaycanlıların da öz evlərinə qayıtması zəruridir. Vaxtilə orada yaşayan 300 minə yaxın azərbaycanlının olduğu bildirilir. Bu barədə konkret statistika mənə bəlli deyil, amma bütün hallarda həmin şəxslərin 300 mindən aşağı olduğunu düşünmürəm. Azərbaycan ərazilərini tərk edən ermənilərin əksəriyyəti həmin ərazidə doğulmayan, xaricdən köçürülən və orada məskunlaşdırılanlardır. Say etibarı ilə evlərindən qovulan azərbaycanlıların sayı onlardan qat-qat çoxdur. Şübhəsiz ki, ermənilər əgər Azərbaycan ərazisinə qayıdacaqlarsa, azərbaycanlılar da bunun qarşılığında öz evlərinə qayıtmalıdırlar. Bu məsələ heç vaxt birtərəfli şəkildə öz həllini tapa bilməz”.

Ekspert vaxtilə Bakıda, Sumqayıtda yaşamış ermənilərin reinteqrasiyadan sonra da bura geri dönmək istəməyəcəklərini bildirib: 

“İkinci aspekt ondan ibarətdir ki, vaxtilə Bakıda və digər ərazilərdə yaşayan ermənilər geri qayıda bilərmi? Əgər söhbət həmin ermənilərdən gedirsə, belə bir perspektiv yoxdur, çünki Bakıda, Sumqayıtda və digər ərazilərdə yaşayan ermənilərin çoxu öz evlərini sataraq və ya barter edərək köçüblər. Bu faktdır. 

İrəvanın özündə də vaxtilə kifayət qədər azərbaycanlı yaşayıb, əgər ermənilər Bakıya gəlmək istəsələr, gərək azərbaycanlılar da ora getsin. Vaxtilə azərbaycanlılar orada yaşayıb, işləyib, hazırda Bakıda fəaliyyətini davam etdirən İrəvan teatrı orada olub. O zaman gərək bütün əlaqələr bərpa olunsun, hər şey əvvəlki qaydada olsun, bu isə inandırıcı görünmür. Ona görə də, fikrimcə, bu haqda səsləndirilən fikirlər uzaq perspektivdə müzakirə edilə bilər. İndiki zaman kəsiyində bütün bunların reallaşması mümkün deyil”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!