Ermənilərdən iddia: Xocavənddəki torpaqların yarısı Azərbaycanın nəzarətindədir

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərdən iddia: Xocavənddəki torpaqların yarısı Azərbaycanın nəzarətindədir

Siyasət

04 Mart 2021 11:13 987


Hazırda Xocavənddəki əkinə yararlı torpaqların azı yarısı Azərbaycanın nəzarətinə keçib. “Yeni Sabah” xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Məlumata görə, rayon ərazisində kənd təsərrüfatı təyinatlı 27 min 133.1 ha torpaqdan 15 min 792,1 ha artıq Azərbaycanın nəzarətindədir. Mətbuatın yazdığına görə, müharibədən əvvəl Xocavənddə 22 min ha torpaq əkilib.

Hazırda Azərbaycan 308,20 ha üzüm bağına, 230 ha nar və 62,27 ha meyvə bağına nəzarəti təmin edib. pizza hut

"Bundan başqa, Azərbaycan tərəfinin nəzarətindəki torpaqlarda 15 kombayn, 105 traktor və digər kənd təsərrüfatı texnikası qalıb”,-deyə mətbuat yazıb. /Cebhe.info


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!