“Ermənistanla Azərbaycanla arasındakı münaqişə tarixinə baxsaq, görərik ki, Azərbaycan artıq ATƏT-in Minsk qrupunun vasitəçiliyini ləğv edib və bəyan edib ki, onlar artıq vasitəçi deyil”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Analitik Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrəvanın Vaşinqtonun vasitəçiliyi ilə görüşlərə razılıq verməsini dilə gətirməsindən sonra rəsmi Bakının Qərb platformalarına getməməsinin səbəbini izah edib. Pepperoni pizza
Xatırladaq ki, son Brüssel danışıqlarında Fransanın proseslərə müdaxiləsi, habelə 19-20 sentyabr antiterror əməliyyatlarından sonra ABŞ-ın Azərbaycanla bağlı siyasətində qərəzli yanaşmaları rəsmi Bakının Qərb platformalarını boykot etməsinə gətirib çıxarıb.
“Mən ATƏT-in Minsk qrupunu ona görə yada saldım ki, o, BMT-dən sonra yeganə beynəlxalq təşkilatdır ki, Azərbaycan bu məsələ ilə əlaqədar ona müraciət edib. İndi isə həm Vaşinqton, həm Brüssel, həm də Moskvanın hərəkətləri vasitəçilik yox, əksinə, xoşməramlı xidmətlərdir. Yəni onlar tərəfləri dəvət edib imkan yaradırlar ki, oturub bir-biriləri ilə danışsınlar. Azərbaycan heç bir paytaxta müraciət etməyib ki, biz bu məsələlərdə vasitəçilik istəyirik”, - müsahibimiz söyləyib.
Politoloqun sözlərinə görə, bu gün Azərbaycanla danışıqlarda vasitəçiliyi istəyən Ermənistandır, amma biz buna getmirik:
“Biz deyirik ki, birbaşa əlaqələr daha yaxşıdır, gəlin qabaq-qabağa oturub özümüz söhbət edək. Beynəlxalq qanunlara və ənənəyə uyğun olaraq biz birbaşa təmasların tərəfdarıyıq. Dekabr ayında baş vermiş əsirlərin mübadiləsi və yayımlanan birgə onu göstərir ki, danışıqlar mövcuddur. Hətta ümidverici bəyanatlar da verilib ki, çərçivə sülh sazişinin imzalanması, həmçinin bu kontekstdə baş verə bilər”.
Siyasi təhlilçiyə görə, bu, o demək deyil ki, Azərbaycan məhz Vaşinqton, Brüssel və digər platformalardan imtina edir:
“Xeyr, sadəcə olaraq, biz vasitəçiliyi qəbul etmirik. Bunlar bizim üçün xoşniyyətli xidmətlərdir və onlar bizə görə vasitəçi qismində iştirak etmirlər. Əgər onlar vasitəçi olsaydılar, hansısa sənədi irəli sürərdirlər, lakin mövcud sənəd Azərbaycanın təklif etdiyi məlum 5 prinsipdir. Ermənistan isə istəyir ki, birbaşa təmaslardan fərqli olaraq, onların yanında vasitəçi olsun. Çünki ermənilər bilirlər ki, onların mövqeləri beynəlxalq hüquq baxımından zəifdir, real güc baxımından isə imkanları azdır. Məhz buna görə də prosesə kimisə cəlb etmək niyyəti güdürlər. Bu da maraqlarımız daxilində deyil”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız