Ermənilərin növbəti təxribatının üstü açılıb

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin növbəti təxribatının üstü açılıb

Sosial

02 Oktyabr 2020 11:11 1216


Cəbhədə mövqe itirən və geri çəkilməyə məcbur olan Ermənistan növbəti təxribata əl atıb.

Yenisabah.az Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) istinadən xəbər verir ki, cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın stasionar telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər daxil olur. Məqsəd, həmişəki kimi, dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlarımızın diqqətinə çatdırır ki, bu məlumatlar həqiqəti əks etdirmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!