“Ermənistan 180 hərbçi itirib” - Semyon Peqov

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan 180 hərbçi itirib” - Semyon Peqov

Hadisə

13 Sentyabr 2022 18:40 1708


Rusiyalı “hərbi jurnalist”, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın təbliğatını aparan Semyon Peqov Azərbaycan-Ermənistan sərhədində baş verən son toqquşmalarda 180 erməni hərbçisinin öldürüldüyünü, 50-dən çox yaralının olduğunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, o, bu barədə özünün “Semyon Peqov” “Telegram” kanalında yazıb.

Erməni təbliğat maşınının əlaltısı S.Peqov həmçinin Azərbaycan ordusu tərəfindən məhv edilən onlarla erməni hərbçinin döyüş meydanında qalmış cəsədlərinin videogörüntülərini yayımlayıb. Pepperoni pizza

Qeyd edək ki, Semyon Peqov “YouTube” şəbəkəsində “Wargonzo” layihəsinin müəllifidir. O, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanı və Qarabağdakı erməni separatçılarını dəstəkləmək məqsədi ilə saxta xəbərlər yaymaqla tanınıb.Redaktor.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!